Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Avropalı həkimlər koronavirusun yeni simptomunu aşkar ediblər

© AP Photo / Ted S. WarrenВрач одной из поликлиник, фото из архива
Врач одной из поликлиник, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bir qayda olaraq, qızartı ayaq barmaqlarında əmələ gəlir və sonradan yoxa çıaraq bədəndə heç bir iz qoymur.

BAKI, 16 aprel — Sputnik. Ayaqlardakı səpgi koronavirusa yoluxmanın simptomlarından biri ola bilər. Metro nəşrinin məlumatına görə, italyan və ispan həkimləri bu fikirdədirlər.

COVID-19-la xəstəxanaya çatdırılmış hər beşinci italyanda dəri ilə bağlı problemlər var, bu simptoma uşaqlarda və yeniyetmələrdə daha çox rast gəlinir.

İspaniya Pediatrlar Assosiasiyasında qeyd ediblər ki, koornavirus zamanı olan səpgi su çiçəyi və və qızılca vaxtı olan səpgiyə oxşayır. Bir qayda olaraq, qızartı ayaq barmaqlarında əmələ gəlir və sonradan yoxa çıaraq bədəndə heç bir iz qoymur.

Həkimlər insanları bu cür səpgilərə ciddi yanaşmağa və o əmələ gələndə evdə təcrid olunmağa çağırıblar. Onlar həmçinin vətəndaşlara yalnız bu somptom əmələ gələndə tibb mərkəzinə müraciət etməməyi, lakin o əmələ gələndə sağlamlıqlarını diqqətlə izləməyi məsələhət görürlər.

Xəbər lenti
0