Alimlər koronavirusa yoluxmanın təhlükəli nəticələri barədə xəbərdarlıq ediblər

© REUTERS / BENOIT TESSIERСитуация в связи с эпидемиологической обстановкой в Франции
Ситуация в связи с эпидемиологической обстановкой в Франции  - Sputnik Azərbaycan
Abunə olmaq
Atipik pnevmoniya (SARS), donuz qripi və Yaxın Şərq respirator sindromu (MERS) epidemiyaları zamanı narkolepsiya, ensefalit, Giyen-Barre sindromuna yoluxan xəstələrin sayının artımı qeydə alınıb.

BAKI, 16 aprel — Sputnik. ABŞ-ın Kaliforniya Universitetinin alimləri xəbərdar ediblər ki, koronavirusa yoluxmuş şəxslər bir sıra psixonevroloji xəstəliklərlə üzləşə bilərlər. Müvafiq press-reliz ScienceDirect saytında yerləşdirilib.

Tədqiqatçıların fikrincə, ötən illərin təcrübəsi  göstərir ki, pandemiyalar ensefalopatiya, psixoz, sinir-əzələ disfunksiyası və s. tipli müxtəlif xəstəliklərlə müşayiət oluna bilərlər. Belə xəstəliklər yoluxmaya qalib gəlmiş şəxslərdə də müşahidə oluna bilər.

"COVID-19 həm ayrı-ayrı insanlar, həm də bütöv qruplar üçün əhəmiyyətli stress amilidir. Xəstəlikdən, ölümdən, qeyri-müəyyən gələcəkdən qorxulara yol açılıb", - tədqiqat müəlliflərindən olan Süzi Honq bildirir.

Press-relizdə qeyd olunur ki, əvvəlki tədqiqatların nəticələri XVIII və XIX əsrlərdə olmuş qrip pandemiyalarından sonra psixonevroloji xəstəliklərin, həmçinin 1918-ci ildəki “ispan qripi” zamanı letargik ensefalit hallarının artdığını göstərir.

Bundan əlavə, atipik pnevmoniya (SARS), donuz qripi və Yaxın Şərq respirator sindromu (MERS) epidemiyaları zamanı narkolepsiya, ensefalit, Giyen-Barre sindromuna yoluxan xəstələrin sayının artımı qeydə alınıb.

"Artıq COVID-19 xəstələrində mərkəzi sinir sistemi ilə bağlı kəskin sindromlar barədə məlumatlar gəlməkdədir", - Honq deyir.

Tədqiqatçılar qeyd edirlər ki, koronavirus pandemiyasının psixonevroloji nəticələri hələ ki məlum deyil. Lakin, onların fikrincə, bu nəticələr əhəmiyyətli ola bilər və çox illər ərzində özünü göstərə bilər.

Xəbər lenti
0