Uşaqların sağlamlığı ikiqat təhlükə altında - peyvənd dayandırılıb

© AFP 2023 / DANIEL MIHAILESCUВрач готовит вакцину против кори
Врач готовит вакцину против кори - Sputnik Azərbaycan
Abunə olmaq
Dünyanın 24 ölkəsində uşaqların qızılcaya qarşı peyvəndi dayandırılıb. UNİCEF bunu koronavirus pandemiyası və mövcud şəraitdə bu tədbirlərin həyata keçirilməsinin mümkünsüzlüyü ilə əlaqələndirib

BAKI, 15 aprel — Sputnik. BMT-nin Uşaq Fondunun (UNİCEF) bəyanatında deyilir ki, bütün dünya üzrə 117 milyon uşağın peyvənd olunması təxirə salınıb.

Hazırda 24 ölkədə uşaqların qızılca xəstəliyinə qarşı peyvəndlənməsi dayandırılıb. Bu, koronavirus pandemiyası və hazırkı şəraitdə bu tədbirlərin yerinə yetirilməsinin mümkünsüzlüyü ilə bağlıdır. Beləliklə, uşaqların sağlamlığı ikiqat təhlükə altındadır.

Peyvəndin dayandırılması 117 milyon uşağa təsir edəcək. Bununla belə, qızılca peyvəndi 50 ildən çoxdur ki, mövcuddur.

Təkcə 2018-ci ilin rəsmi məlumatlarına görə, bütün dünyada 140 min insan qızılca xəstəliyindən əziyyət çəkib.

Azərbaycanda qızılca və məxmərəyə qarşı peyvənd milli peyvənd təqviminə daxil edilib. Bunun nəticəsində ölkə 2012-ci ildən bu xəstəliyə tam qalib gəlib.

Xəbər lenti
0