CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şəkidən Balakənə yük yerində gəlmək arzusu ürəyində qaldı

© Sputnik / © Sputnik / Elvin AhmadПост между районами, фото из архива
Пост между районами, фото из архива  - Sputnik Azərbaycan
Abunə olmaq
Hər iki şəxs barəsində Balakən Rayon polis Şöbəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək 100 manat miqdarında cərimə ediliblər.

BAKI, 15 aprel — Sputnik. Balakəndə karantin qaydalarını pozaraq avtomobilin yük yerində gizlənib rayon ərazisinə daxil olmaq istəyən sərnişin və sürücü saxlanılıblar.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisindəki postda aparılan profilaktik tədbirlər zamanı Şəki şəhər sakini Anar Sadıqovun idarə etdiyi "Toyota" markalı avtomobil saxlanılıb. Həmin nəqliyyat vasitəsinin yük yerinə baxış zamanı müvafiq icazəsi olmadan karantin qaydalarını pozaraq gizli şəkildə Balakənə gəlmək istəyən Şəki şəhər sakini Bəhlul Yusibov müəyyən edilərək saxlanılıb.

Hər iki şəxs barəsində Balakən Rayon polis Şöbəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək 100 manat miqdarında cərimə ediliblər.

Xəbər lenti
0