CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Polisin üzərinə "KamAZ" sürən sürücü saxlanıldı

© Sputnik / Rahim MuradovRayonlararası postlar
Rayonlararası postlar - Sputnik Azərbaycan
Abunə olmaq
Qaradağ Rayon Məhkəməsi tərəfindən sürücü Bayramov Qismət Şamil oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 511-ci maddəsi ilə 20 gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilib

BAKI, 15 aprel — Sputnik. Aprelin 13-ü Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 40-cı kilometrində 37-BB-393 qeydiyyat nişanlı "KamAZ" markalı avtomobillə avtoxuliqanlıq edən şəxs həbs edilib.

Sputnik Azərbaycan xəbər verir ki, sürücü sürətli yolun əksi istiqamətinə hərəkət edən zaman yol patrul xidməti əməkdaşı ona saxla əmri verib. Lakin sürücü idarə etdiyi yük avtomobilini polis əməkdaşlarının üzərinə sürərək hərəkətinə davam edib. Sürücü bundan sonra digər hərəkət iştirakçılarına da təhlükə yaradıb.

Polis əməkdaşları çətinliklə də olsa həmin sürücünü saxlayaraq məsuliyyətə cəlb edilməsi üçün məhkəməyə aparıblar.

Aprelin 14-də Qaradağ Rayon Məhkəməsi tərəfindən sürücü Bayramov Qismət Şamil oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 511-ci maddəsi ilə 20 gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilib.

Xəbər lenti
0