CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kreditlərin ödənilməsinə hansı güzəştlər olacaq?

© Photo : REPORTПресс-секретарь Кабинета министров Азербайджана Ибрагим Мамедов, фото из архива
Пресс-секретарь Кабинета министров Азербайджана Ибрагим Мамедов, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"İstehlak kreditləri alanlar işləyən insanlardır. İşləmirsənsə, sizə heç kim kredit verə bilməz. Kredit götürən sahibkarlara isə dövlət dəstəyini göstərir"

BAKI, 15 aprel — Sputnik. "Koronavirus pandemiyası dövründə banklara kreditin qaytarılması ilə bağlı güzəştin edilməsi məsələsi müzakirə olunur. Ümumiyyətlə kreditlərlə bağlı dövlət bir neçə istiqamətdə dəstək paketi hazırlayıb. Yaxın günlərdə buna aydınlıq gətiriləcək".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib. Onun sözlərinə görə, müzakirələrin nəticəsində hansı qərarın qəbul olunması bilinəcək: "İstehlak kreditləri ilə bağlı Mərkəzi Bank sədri də dedi ki, məsələyə baxılır. İstehlak kreditləri alanlar işləyən insanlardır. İşləmirsinizsə, sizə heç kim kredit verə bilməz. Kredit götürən sahibkarlara isə dövlət dəstəyini göstərir. Sahibkarlara güzəştli kreditlər verilir, onların faizlərinin bir qismini dövlət öz üzərinə götürüb. Müqavilə əsasında işləyənlərin əməkhaqqı fonduna dövlət dəstək olur. Bu tədbirlər imkan verəcək ki, onlar öz kreditlərini ödəsinlər. Görülən tədbirlər nəticəsində kreditlər yumşaldılacaq, əlavə kreditlər veriləcək. Verilən kreditlərin bir hissəsini də dövlət üzərinə götürəcək".

Xəbər lenti
0