CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Koronavirusdan sağalan şəxslər yenidən bu xəstəliyə yoluxa bilər

© REUTERS / GIORGOS MOUTAFISПациент с COVİD-19 в отделение реанимации и интенсивной терапии, фото из архив
Пациент с COVİD-19 в отделение реанимации и интенсивной терапии, фото из архив - Sputnik Azərbaycan
Abunə olmaq
R. Bayramlı həmçinin qeyd edib ki, bu yoluxma sonradan hansı vəziyyətdə ağırlaşa bilər, o barədə konkret zəmanət yoxdur

BAKI, 15 aprel — Sputnik. Koronavirusdan sağalan şəxslər yenidən bu xəstəliyə yoluxa bilər. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib. 

R.Bayramlı bildirib ki, həmin şəxslər yenidən bu virusa yoluxsa da, xəstəliyi yüngül keçirə bilər: "Bugünkü nəticələr göstərir ki, yenidən yoluxmalar var. Amma bu yoluxma sonradan hansı vəziyyətdə ağırlaşa bilər, o barədə konkret zəmanət yoxdur".

R. Bayramlı həmçinin qeyd edib ki, Bakıda və ölkənin bütün regionlarda sürətli yoluxma hallarının aşkarlanması üçün laborator logistika xəritəsi tərtib edilib: "Naxçıvanda və Gəncədə artıq laboratoriyalar fəaliyyət göstərir. Bu həftənin sonuna qədər Şəkidə laboratoriya fəaliyyətə başlayacaq. Gələn həftənin əvvəlindən isə Sumqayıtda tam avtomatlaşdırılmış laboratoriyamız fəaliyyətə başlayacaq".

Xəbər lenti
0