CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Havaya baxıb, qərar verdilər

© Sputnik / Murad OrujovДевушка у комнатного обогревателя, архивное фото
Девушка у комнатного обогревателя, архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Ölkə ərazisində istilik mövsümünün aprel ayının 25-nə qədər davam etdirilməsi ilə bağlı "Azəristiliktəchizat" ASC tərəfindən bütün zəruri tədbirlər görülüb

BAKI, 15 aprel — Sputnik. Azərbaycanda istilik mövsümü uzadılır.

Sputnik Azərbaycan bildirir ki, bu barədə "Azəristilik" Açıq Səhmdar Cəmiyyətindən verilən məlumatda deyilir.

"Xüsusi karantin dövründə sosial təcrid tədbirləri ilə əlaqədar vətəndaşların evdə qaldıqları müddətdə vacib məsələlərdən biri də onların zəruri kommunal xidmətlərlə təmin edilməsindən ibarətdir. Bununla əlaqədar olaraq, ölkə prezidentinin tapşırıq və tövsiyələri nəzərə alınaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin göstərişinə əsasən Azərbaycan Respublikası Energetika Nazirliyi və "Azəristiliktəchizat" ASC-yə hava proqnozu ilə bağlı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatlarının təhlil edilərək istilik mövsümünün müddəti ilə bağlı təkliflərin hazırlanması tapşırılıb, bununla bağlı müvafiq araşdırmalar aparılaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinə zəruri məlumatlar təqdim edilib", - deyə bəyanatda bildirilir.

Станция метро 28 Мая - Sputnik Azərbaycan
Sanki bahar da insanlardan küsüb

Qeyd olunur ki, bununla bağlı Azərbaycan Respublikası Baş Nazirinin tapşırığı ilə ölkə ərazisində istilik mövsümünün aprel ayının 25-nə qədər uzadılması məqsədəuyğun hesab edilib.

Ölkə ərazisində istilik mövsümünün aprel ayının 25-nə qədər davam etdirilməsi ilə bağlı "Azəristiliktəchizat" ASC tərəfindən bütün zəruri tədbirlər görülüb və istilik təchizatı sistemlərinin dayanıqlı və fasiləsiz iş rejimi təmin edilməklə yaşayış binaları və zəruri sosial obyektlərin istilik təchizatının davam etdirilməsi təmin ediləcək.

Hazırda respublika ərazisində istilik və isti su təchizatı davam etdirilir, Cəmiyyətin idarə aparatında rəhbərlik səviyyəsində və zəruri xidmət sahələrində mütəxəssislərdən ibarət növbətçilik yaradılıb, qazanxana və istilik məntəqələrinin işçi parametrlərinə Mərkəzi Dispetçer Xidməti vasitəsilə internet üzərindən məsafədən onlayn nəzarət həyata keçirilir.

"Azəristiliktəchizat" ASC-nin 956 nömrəli "Çağrı Mərkəzi" gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir və vətəndaşlarımız 956 nömrəli "Çağrı Mərkəzi", telefon, elektron məktub və Cəmiyyətin rəsmi "Facebook" səhifəsi vasitəsi ilə onları maraqlandıran suallarla bağlı müraciətlərini həyata keçirə bilərlər.

Xəbər lenti
0