Gürcüstan Prezidenti Azərbaycan xalqına təşəkkür etdi

© Sputnik / Vladimir UmikashviliGürcüstan prezidenti Salome Zurabişvili yeni prezident igamətgahında
Gürcüstan prezidenti Salome Zurabişvili yeni prezident igamətgahında - Sputnik Azərbaycan
Abunə olmaq
Məlumata əsasən, son 24 saat ərzində Gürcüstanda daha 10 nəfərdə koronavirus aşkarlanıb. Virusa yoluxan şəxslərdən 69-u sağalıb. Hazırda bu ölkədə 4 990 nəfər karantində, 462 nəfər isə tibbi işçilərinin nəzarəti altında saxlanılır

BAKI, 15 aprel — Sputnik. Gürcüstan Prezidenti Salome Zurabişvili həmrəyliyə görə Azərbaycan Prezidenti və Azərbaycan xalqına öz təşəkkürünü bildirib. Sputnik Azərbaycan xəbər verir ki, bunu Gürcüstan prezidenti Heydər Əliyev Mərkəzinin Gürcüstan Respublikasının bayrağı videoproyeksiya olunmasını şərh edərkən bildirib.

"Heydər Əliyev Mərkəzi Gürcüstan bayrağının rənglərində işıqlandırılıb. Azərbaycan Prezidentinə dəstəyə görə təşəkkürümü bildirirəm. Bu, Azərbaycan xalqının ən yaxşı həmrəylik addımlarından biridir. Biz birlikdə güclüyük!", - deyə Zurabişvili bildirib.

Qeyd edək ki, Gürcüstanda koronavirus infeksiyasına yoluxan şəxslərin sayı 306-ya çatıb. Sputnik Gürcüstan xəbər verir ki, bu barədə məlumat stopcov.ge hökumət portalında yerləşdirilib.

Məlumata əsasən, son 24 saat ərzində daha 10 nəfərdə koronavirus aşkarlanıb. Virusa yoluxan şəxslərdən 69-u sağalıb. Hazırda bu ölkədə 4 990 nəfər karantində, 462 nəfər isə tibbi işçilərinin nəzarəti altında saxlanılır.

Qeyd edək ki, bu gün Bakı vaxtı ilə saat 21:00-dan etibarən Gürcüstan hökuməti Tbilisi də daxil olmaqla, ölkənin dörd böyük şəhərinə 10 gün müddətinə giriş-çıxışı bağlayıb.

"Sabah, aprelin 15-i saat 21:00-dan etibarən ölkənin dörd böyük şəhərində - Tbilisi, Rustavi, Batumi və Kutaisiyə giriş-çıxış 10 gün müddətinə bağlanır", - deyə Qaxariya qeyd edib.

Baş nazir qeyd edib ki, ölkədə tətbiq olunan fövqəladə halın may ayının 10-ə qədər uzadılması üçün ölkə prezidentinə müraciət edəcək.

Qeyd edək ki, koronavirus pandemiyası ilə bağlı bütün ölkədə karantin rejimi tətbiq olunub. Qərar 31 mart 08 radələrində qüvvəyə minib. Saat 21:00-dan 06:00-a qədər karantin rejimi tətbiq olunub.

Bundan əlavə, ölkədə ictimai nəqliyyat, metro öz işini dayandırıb.

Küçəyə çıxan bütün vətəndaşların üzərində şəxsiyyət vəsiqəsi olmalıdır. Bütün şəxslər, xüsusi ilə yaşlı vətəndaşlar  yalnız zərurət olacağı halda evdən çıxmalıdırlar.

Xəbər lenti
0