CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu xətlərə yeni avtobuslar cəlb olunacaq

© © Baku Transport AgencyBakıya gətirilən yeni “İsuzu Citibus” markalı avtobuslar
Bakıya gətirilən yeni “İsuzu Citibus” markalı avtobuslar - Sputnik Azərbaycan
Abunə olmaq
Xüsusi karantin rejimində icra olunan sərnişindaşımaların təşkilində başlıca məqsəd həyat əhəmiyyətli sahələrdə çalışan vətəndaşların ictimai nəqliyyatdan rahat və fasiləsiz istifadəsini təmin etməkdir

BAKI, 15 aprel — Sputnik. Artan sərnişin axınının düzgün idarə olunması və sərnişinlərin vaxtında daşınmasını təmin etmək məqsədi ilə ekspress xətlərə əlavə avtobuslar cəlb edilib.

Bu barədə Sputnik Azərbaycan-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Məlumatda bildirilir ki, bu həftənin ilk iş günü müntəzəm və ekspress xətt avtobusları ilə 485 742 sərnişin daşınıb: "Aprelin 14-də isə bu rəqəm 478 679 nəfər olub. Ötən həftənin müvafiq günləri ilə müqayisədə bu 23% artım deməkdir. Artan sərnişin axınının düzgün idarə olunması və sərnişinlərin vaxtında daşınmasını təmin etmək məqsədilə ekspress xətlərə əlavə avtobuslar cəlb edilib. Onu da qeyd edək ki, sərnişin axını əsasən səhər saat 7-9 aralığında müşahidə olunur. Bir daha bildiririk ki, xüsusi karantin rejimində icra olunan sərnişindaşımaların təşkilində başlıca məqsəd həyat əhəmiyyətli sahələrdə çalışan vətəndaşların ictimai nəqliyyatdan rahat və fasiləsiz istifadəsini təmin etməkdir".

Xəbər lenti
0