BAKI, 15 aprel — Sputnik. "Amazon" korporasiyasının rəhbəri, dünyanın ən varlı adamı Cef Bezos bir gün ərzində öz sərvətini 6,4 milyard dollar artırıb. Sputnik Azərbaycan xəbər verir ki, onun sərvəti şirkətinin səhmlərinin rekord səviyyədə bahalaşması nəticəsində artıb.
© AFP 2024 / SAUL LOEBCef Bezos
Cef Bezos
© AFP 2024 / SAUL LOEB
Belə ki, Nyu-York fonda birjasında şirkətinin bir səhmi 5,3% artaraq 2238 dollara çatıb. Ümumilikdə son günlər Bezos 24 milyard dolar varlanıb. Bezosa şirkətin səhmlərinin 11,2%-i məxsusdur ki, onların da ümumu dəyəri 138 milyard dollardır.
Qeyd edək ki, bu ilin fevralında Bezos iqlim dəyişikliyi mübarizə aparmaq üçün Dünya Fondu yaratdığını bildirib.