Bakı MDB-nin ən çox rəqs edilən şəhərləri siyahısına düşüb

© Sputnik / Murad OrujovОткрытие джаз-фестиваля: опен-эйр концерт и видео инсталляция на Девичьей башне
Открытие джаз-фестиваля: опен-эйр концерт и видео инсталляция на Девичьей башне - Sputnik Azərbaycan
Abunə olmaq
Turizm portalının internetdə apardığı tədqiqatın əsasını şəhərlərin "rəqs" reytinqi təşkil edib. Rusiyanın şəhərləri nəzərə alınmamaqla, Bakı Google-da "onlayn-rəqs" tələbi üzrə üçüncü olub

BAKI, 15 aprel — Sputnik. Rusiya TurStat Turizm portalının versiyasına görə, Bakı Müstəqil Dövlətlər Birliyinin ən çox rəqs edən şəhərləri sırasına daxil edilib.

Azərbaycanın paytaxtı MDB-nin (Rusiya nəzərə alınmadan - red.) ən çox rəqs edilən şəhərlərinin TOP-5-liyində üçüncü yeri tutub. Reytinq internetdə Google axtarış sistemində aparılan "onlayn rəqs" sorğusunun nəticələrinə əsasən tərtib edilib. Birinci yeri axtarış sistemindəki 135 min təkliflə Minsk tutub. Onu 65 min rəqs təklifi üzrə Qazaxıstanın Almatı şəhəri izləyib. Bakı üzrə onlayn rəqs sorğusunun nəticəsi 48 min təkliflə yekunlaşıb.

Şəhərlər üzrə internet axtarış sistemlərində aparılan araşdırmanın nəticələri onlayn rəqslər və sosial şəbəkələrdəki rəqslər əsasında tərtib edilib.

Xəbər lenti
0