CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hər kəsdə bir şübhə var: qonşum almayıb axı...

© Sputnik / Murad OrujovКошелек с манатами, фото из архива
Кошелек с манатами, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
 "Düzdür, 190 manat bütün ehtiyaclarımı qarşılamır. Amma bu, çətin vaxtda dövlətin dəstəyidir. Sağ olsunlar ki, ən azından bu dəstəyi göstərdilər"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 15 aprel — Sputnik. Aprelin 9-dan etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən işsiz kimi qeydiyyata alınan şəxslərə birdəfəlik ödənişin aidiyyəti üzrə köçürülməsi təmin edilir. Artıq Nazirlik bununla bağlı rəsmi statistikaları da açıqlayır. İşsiz kimi qeydiyyata alınan şəxslərdən daha 20 min adamın birdəfəlik ödəmə ilə təmin olunması üçün vəsait bank filiallarına və poçt şöbələrinə köçürülüb. Bu barədə Sputnik Azərbaycan-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov məlumat verib. O bildirib ki, ödəmələrin verilməsi gündəlik davam edir.

İnfoqraika: Biznesə dəstək - Sputnik Azərbaycan
İNFOQRAFİKA
Azərbaycan karantin zamanı biznesi və insanları necə dəstəkləyir

Nazirlik rəsmi statistika açıqlasa da, sosial şəbəkələrdə həmin rəqəmlərə inamsızlığı əks etdirən fikirlərə rast gəlinir. Bəzi sosial şəbəkə istifadəçiləri bidəfəlik ödəmə alanlar arasında ətraflarından tanıdıqları heç kəsin olmadığını əsas gətirib bu məlumatlara şübhə ilə yanaşırlar.

Sputnik Azərbaycan adları siyahıda olan, 190 manat birdəfəlik ödəmə alan vətəndaşlarla söhbətləşib.

Onlardan biri Təranə Heydərovadır. Əmircan qəsəbə sakini T.Heydərova iki uşaq anasıdır. Sputnik Azərbaycan-a danışan T.Heydərova deyir ki, özünün himayəsində azyaşlı uşaqları olduğundan işləmir. Həyat yoldaşı isə bənnadır: “Mən ünvanlı sosial yardımı almaq üçün dörd ay öncə müraciət etmişdim. Mənə bildirdilər ki, az maaşı olsa belə, rəsmi iş yeri olmalıdır. Ona görə də həmin vaxt mən iş üçün rayon Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyata düşdüm.

Pandemiya dövründə karantin şəraiti olduğundan yoldaşım da işləmədi. Ailəmizdə iki körpə var. Onları ac qoya bilmərik axı. Yenə sağ olsunlar ki, birdəfəlik yardım üçün şərait yaradıldı. Mən də müraciət etdim. Mesaj gəldi ki, yardım ayrılıb. Əlbəttə ki, çox sevindik. İndiki məqamda 190 manat da əlimizdən tutdu”.

Digər birdəfəlik yardım alan şəxs isə Qaradağ rayonu Ələt qəsəbə sakini Elşad Sadıqovdur. 23 yaşlı bu gənc karantindən əvvəl qəsəbə ərazisindəki kafelərdən birində aşpaz işləyib. O deyir ki, xüsusi karantin elan olunduqdan sonra işini itirib: “Kafelər bağlanandan sonra mən də işsiz qaldım. İşsizlərə yardım ediləcəyini eşidəndə mən də müraciət etdim. Mesaj gəldi ki, yardım ayrılıb mənə. Düzdür, 190 manat bütün ehtiyaclarımı qarşılamır. Amma bu çətin vaxtda dövlətin dəstəyidir. Sağ olsunlar ki, ən azından bu dəstəyi göstərdilər. Ümid edirik ki, karantin bitənədək biz bu yardımı alacağıq”.

© Photo : Courtesy of Elshad Sadıgov Qaradağ rayonu Ələt qəsəbə sakini Elşad Sadıqov
Hər kəsdə bir şübhə var: qonşum almayıb axı... - Sputnik Azərbaycan
Qaradağ rayonu Ələt qəsəbə sakini Elşad Sadıqov

Qeyd edək ki, ilk olaraq 10 min işsiz şəxs üçün birdəfəlik ödəmə bank filiallarına və poçt şöbələrinə köçürülüb. 2020-ci il 1 aprel tarixinə qədər işsiz kimi qeydiyyata alınanlarla yanaşı, xüsusi karantin rejiminin davam etdiyi dövrdə də işsiz kimi qeydiyyata alınan şəxslər də bu birdəfəlik ödəməni alacaqlar.

Məlumat üçün bildirək ki, məşğulluq haqqında qanunvericiliyə əsasən, işi və qazancı olmayan, işsiz kimi qeydiyyata alınan əmək qabiliyyətli şəxs – işsiz şəxs hesab olunur.

Xəbər lenti
0