BAKI, 14 aprel — Sputnik. Müstəqil Türkiyə Partiyasının (BTP) rəhbəri Haydar Baş koronavirusdan vəfat edib.
Sputnik Azərbaycan "Daily Sabah" nəşrinə istinadən xəbər verir ki, Haydar Baş koronavirus testi müsbət nəticə vermiş səkkiz ailə üzvü ilə birlikdə Trabzon əyalətində xəstəxanaya yerləşdirilib.
O, koronavirus nəticəsində Türkiyədə həyatını itirmiş ilk siyasi partiya lideridir.
CC0 / hayri.mustafa / Prof. Dr. Haydar BaşMüstəqil Türkiyə Partiyasının (BTP) rəhbəri Haydar Baş
Müstəqil Türkiyə Partiyasının (BTP) rəhbəri Haydar Baş
Türkiyə COVID-19 xəstəliyinin yayılmasını yavaşlatmaq üçün vətəndaşların gündəlik həyatına bir sıra məhdudiyyətlər qoyub.
Böhrana ilkin reaksiya yoluxmuş şəxslərin sayının azalmasına gətirib çıxarsa da, ölkə xüsusilə istirahət günlərində əhalinin hərəkətliliyinin məhdudlaşdırılmasında tam uğur əldə edə bilməyib.