İranda koronavirusdan ölənlərin sayı artır

© REUTERS / Amit DaveДоктор в защитном костюме тестирует девушку на коронавирус в Ахмедабаде, Индия
Доктор в защитном костюме тестирует девушку на коронавирус в Ахмедабаде, Индия - Sputnik Azərbaycan
Abunə olmaq
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

BAKI, 14 aprel — Sputnik. İranda koronavirusa yoluxanların sayı bir gün ərzində 1 574 nəfər artıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu İran Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Kiyanuş Cahanpur bildirib.

"Son 24 saat ərzində koronavirusa 1 574 yoluxma halı qeydə alınıb ki, bununla da ölkədə virusa yoluxanların sayı 74 877-ə çatıb. Bir gün ərzində 98 nəfər virusdan ölüb, bununla da ölkədə koronavirusdan ölənlərin sayı 4 683-a çatıb", - deyə məlumatda bildirilib.

O, həmçinin qeyd edib ki, virusa yoluxan 74 877 şəxsdən 48 min 149-u sağalıb.

Xatırladaq ki, SARS-CoV-2 koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1,9 milyonu keçib, 119 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0