CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Martda bağlanan nikahların sayı açıqlandı

© Sputnik / Evgeniy Odinokov / Mediabanka keçidМолодожены, фото из архива
Молодожены, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
2020-ci ilin yanvar ayında qeydiyyat şöbələrində 176, fevral ayında 214, mart ayında isə 154 adın, ata adının və soyadın dəyişdirilməsi qeydə alınıb

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 14 aprel — Sputnik. "2020-ci ilin yanvar ayında qeydiyyat orqanlarında 4.353, fevral ayında 4.027, mart ayında isə 3.931 nikah dövlət qeydiyyatına alınıb. 2020-ci ilin yanvar ayında qeydiyyat şöbələrində 1.467, fevral ayında 1.493, mart ayında isə 980 nikahın pozulması dövlət qeydiyyatına alınıb. 2020-ci ilin yanvar ayında qeydiyyat orqanlarında 11.687, fevral ayında 11.373, mart ayında isə 6.321 doğum dövlət qeydiyyatına alınıb".

Bu barədə Ədliyyə Nazirliyindən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib. Qeyd olunub ki, 2020-ci ildə yeni doğulmuş körpələrdən oğlan uşaqlarına Yusif, Əli, Hüseyn, Ömər, Uğur, Məhəmməd, Murad, Ayxan, Tunar və İbrahim, qız uşaqlarına isə Zəhra, Nuray, Zeynəb, Məryəm, Aylin, Fatimə, Mələk, Dəniz, Ayan və Mədinə kimi adların verilməsi üstünlük təşkil edir. Hazırda ilk beşlikdə oğlan uşaqlarına Yusif, Əli, Hüseyn, Ömər və Uğur, qız uşaqlarına isə Zəhra, Nuray, Zeynəb, Məryəm və Aylin kimi adlar verilib.

Bundan  başqa, nazirlikdən verilən məlumatda bildirilib ki, 2020-ci ilin yanvar ayında qeydiyyat şöbələrində 176, fevral ayında 214, mart ayında isə 154 adın, ata adının və soyadın dəyişdirilməsi qeydə alınıb.

Qeydiyyat şöbələri tərəfindən ümumilikdə nikahın pozulması haqqında müraciət edənlərdən yanvar ayında 324, fevral ayında 278 şəxs psixoloqla söhbətə cəlb olunub və nəticədə onlardan yanvar ayında 50-si (25 cütlük), fevral ayında isə 76-sı (38 cütlük) nikahın pozulmasından imtina edib.

Xəbər lenti
0