İlham Əliyev: “Yumşalma addımlarının atılması mümkündür”

© Official website of President of Azerbaijan Republic Ильхам Алиева во время видеоконференции, фото из архива
 Ильхам Алиева во время видеоконференции, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Dövlət başçısı: “Koronavirusun təhlükə törətmədiyinə əmin olandan sonra yumşalma addımlarının atılması mümkündür”

BAKI, 14 aprel - Sputnik. “Koronavirus pandemiyası nə vaxt qurtaracaq bunu heç kim bilmir, heç kim proqnoz verə bilmir. Ona görə biz də, sadəcə olaraq, həm ölkə daxilində vəziyyəti tam nəzarətdə saxlamalıyıq, geniş monitorinq aparmalıyıq və aparırıq. Eyni zamanda, dünyada gedən prosesləri də yaxından müşahidə edərək öz addımlarımızı elə ataq və tam əmin olaq ki, bu koronavirus pandemiyası artıq təhlükə törətmir. Hesab edirəm ki, ancaq ondan sonra müəyyən dərəcədə yumşalma addımlarının atılması mümkündür”.  

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev aprelin 14-də 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədə çıxışında deyib.

Dövlət başçısı qeyd edib ki, hələ ki, demək tezdir, amma son günlərin rəqəmləri ümidvericidir: “Ümid etmək istəyirəm ki, bu müsbət dinamika, yəni, xəstələrin sayı ilə bağlı müsbət dinamika bundan sonra da davam edəcək. Ancaq yenə də deyirəm, biz addımlarımızı vəziyyətə uyğun şəkildə atacağıq”.

Dövlət başçısı bildirib ki, atılan addımların nəticəsində Azərbaycanda vəziyyət nəzarət altındadır.

Xəbər lenti
0