CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Zəmanənin ən populyar aksessuarı – Dəbli maskalar

Abunə olmaq
Marketinq koronavirus vaxtında da boş durmur. Əlvan printli rəngli maskalar yalnız xəstəlikdən qorunma vasitəsi deyil, həm də dəbli aksessuara çevrilib. Paytaxtın ən rəngarəng maskalarını Sputnik Azərbaycanın videosunda izləyin.

Dizaynerlər hesab edirlər ki, karantin heç də ruhdan düşmək və pis görünmək üçün səbəb deyil. Və onlar adi tibbi maskaları dəbli və ən populyar aksessuara çevirmək qərarına gəliblər.

YAR şirkəti, məsələn, öz müştəriləri üçün çoxdəfəlik və rəngarəng maskalar təklif edir. Bu cür aksessuarlar təhlükəsizlik üçün deyil, əsl tibbi maskanın üzərindən gözəllik üçün taxılır. Maskalar yuyula bilir, printlər isə müştərinin istəyinə uyğun olaraq seçilir.

Burada maska pulsuzdur. İnsanlıq da...>>

Bu cür maskaların bir ədədi 13 manata başa gəlir və əldə edilən bütün gəlirləri şirkət xeyriyyə məqsədlərinə xərcləyir – ehtiyacı olanlar üçün ərzaq alınır.

Xəbər lenti
0