Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Azərbaycanda daha 49 nəfərdə koronavirus aşkarlandı - 1 nəfər vəfat etdi

© Sputnik / Irade JELILМедики в костюмах биозащиты в автомобиле скорой помощи в Баку, фото из архива
Медики в костюмах биозащиты в автомобиле скорой помощи в Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış, şəkərli diabet və ürəyin işemik xəstəliyi olan 1933-cü il təvəllüdlü vətəndaş vəfat edib

BAKI, 14 aprel — Sputnik. Azərbaycanda 49 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Operativ Qərargahdan Sputnik Azərbaycan-a daxil olan məlumata görə, 62 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış, şəkərli diabet və ürəyin işemik xəstəliyi olan 1933-cü il təvəllüdlü vətəndaş vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 1197 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 351 nəfəri müalicə olunaraq sağalıb, 13 nəfər vəfat edib, 833 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 24 nəfərin vəziyyəti ağır, 28 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Xəbər lenti
0