Qədim viruslar geri qayıdır – Əbədi buzlaqların əriməsi səbəbindən

© AFP 2024 / US ARMY/ERIN BOLLING/HANDOUTТест на коронавирус, фото из архива
Тест на коронавирус, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Təhlükəli xəstəliklərin meydana çıxmasının qarşısını almaq mümkün deyil. Amma dərmanlardan düzgün istifadə etmək və vaksinləşməni doğru aparmaqla riskləri azaltmaq olar.

BAKI, 13 aprel – Sputnik. Əbədi buzlaqların əriməsi nəticəsində qədim viruslar da oyanır. Sputnik Azərbaycan RT-yə istinadla xəbər verir ki, belə bir fərziyyə ilə Fundamental və Translyasiya Tibbi elmi-tədqiqat mərkəzinin virusların ekologiyası laboratoriyasının rəhbəri Kiril Şarşov çıxış edib.

Alim bununla da təbiətin dəyişməsinin virusların mutasiyasına təsiri sualına cavab verib. Şarşov bildirib ki, iqlim özü virusa təsir göstərmir. Amma bu, miqrasiyada, insanların həyat tərzi və qidalanmasına təsir edə bilər.

Laboratoriya rəhbərinin sözlərinə görə, təhlükəli xəstəliklərin meydana çıxmasının qarşısını almaq mümkün deyil. Amma dərmanlardan düzgün istifadə etmək və vaksinləşməni doğru aparmaqla riskləri azaltmaq olar. Şarşov onu da qeyd edib ki, koronaviruslar daima insanı əhatə edir, tez-tez ev heyvanlarında olur, amma onların bəziləri insan üçün təhlükəli deyil.

Xəbər lenti
0