BAKI, 13 aprel — Sputnik. Ukraynanın Çernobıl zonasında yanğın getdikcə daha çox əraziyə yayılır.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, yüksək radioaktivliyə malik tullantıların saxlandığı anbarlar indi yanğının cəmi iki kilometrliyindədir.
"Çernobıl zonasında yanğın artıq Pripyat şəhərinə, "Podlesnıy" anbarına çatıb", - deyə Ukraynanın Təcrid zonasının idarə olunması məsələləri üzrə Dövlət Agentliyinin ictimai şurasının üzvü Yaroslav Yemelyanenko bildirib.
Meşə yanğını aprelin 4-də başlayıb və ilkin olaraq 20 hektarı əhatə edib. Aprelin 7-də isə 35 ha sahəni bürüyüb. Ukraynanın hüquq-mühafizə orqanları Kotov meşəbəyliyində yanğını törədən şəxsi müəyyən ediblər. Cinayət işi başladılıb. Polislər Çernobıldakı Polesskoye qəsəbəsində yaşayanları təxliyə ediblər. Bazar ertəsi yanğınsöndürənlər Kotovsk meşəbəyliyindəki yanğını söndürüblər, digər iki ərazidə işlər davam etdirilir. Güclü külək səbəbindən yanğın "kürən meşə"dən yan keçərək "Yanov" dəmiryol stansiyasına çatıb. Stansiya atom-elektrik stansiyasında 4 km aralıda yerləşir. Soyuducu su hövzəsinin dambasının üzərindəki, yəni damba ilə Pripyat çayının sağ sahili arasındakı ərazidə ot da yanır.