CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bir şərim olsun, xeyrim də içində: müqavilələrin sayı artır

© AFP 2023 / BRENDAN SMIALOWSKIПодпись документа, фото из архива
Подпись документа, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
1 aprel tarixinə qeyri-dövlət sektoru üzrə əmək müqavilələrinin sayı 664 119 olubsa, 12 aprel tarixinə bu göstərici 710 967-ə çatıb

BAKI, 13 aprel — Sputnik. Əmək müqavilələrinin sayı bu il aprelin 1-dən 46 848, yanvarın 1-dən isə 69 478 müqavilə artıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mətbuat xidmətindn Sputnik Azərbaycan-a verilən məlumata görə, özəl sektorda işçilərin əsassız yerə işdən çıxarılmasına, ixtisarına yol verilməməsi üçün Nazirlik tərəfindən elektron sistem üzərindən gündəlik nəzarət həyata keçirilir.

Həmçinin əvvəlcədən işəgötürənlərə müvafiq bildiriş-xəbərdarlıq göndərilib. Bu işlər qeyri-dövlət sektorunda çalışan 710 min işçini əhatə edir. Aparılan işlərin müsbət nəticəsi kimi, özəl sektorda nəinki əmək müqavilələrinin sayında azalma baş verməyib, əksinə, əmək müqavilələrinin sayında artım dinamikası davam edib. 2020-ci ilin 1 aprel tarixinə qeyri-dövlət sektoru üzrə əmək müqavilələrinin sayı 664 119 olubsa, 12 aprel tarixinə bu göstərici 710 967-ə çatıb. Beləliklə, əmək müqavilələrinin sayında bu ilin 1 aprel tarixindən 46 848 müqavilə, 1 yanvar tarixindən isə 69 478 müqavilə artımı baş verib.

Xəbər lenti
0