CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xüsusi karantin rejimini pozan müxbir saxlanılıb

© Sputnik / Musa MuradliПатрульно-постовая служба, фото из архива
Патрульно-постовая служба, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci (polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə protokol tərtib edilmiş və 25 gün müddətinə inzibati həbs edilib.

BAKI, 13 aprel — Sputnik. Aprelin 12-də ölkədə tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar Şirvan şəhəri ərazisində xidmətdə olan polis əməkdaşları küçədə gəzən bir nəfərə yaxınlaşaraq icazə və şəxsiyyətini təsdiq edən sənədlərini tələb edərkən o tabeçilik göstərməyərək polis əməkdaşının qanuni tələblərinə tabe olmadığına görə saxlanılıb.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, ŞPŞ-də onun internet xəbər portallarından birinin müxbiri, Hacıqabul rayon sakini İbrahim Vəzirov olması müəyyən edilib.

Xəbər lenti
0