CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qaynar xəttə müraciətlərin sayı açıqlandı

© Sputnik / Anar MustafayevСтационарный телефон, фото из архива
Стационарный телефон, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Müraciət edən şəxslərə müvafiq psixoloji dəstək göstərilib, həmçinin onlara lazımi tövsiyələr verilib.

BAKI, 13 aprel — Sputnik. Təhsil Nazirliyinin 146-3 "Qaynar xətt" xidmətinə 6-10 aprel tarixlərində ümumilikdə 250 zəng daxil olub.

Bu barədə Sputnik Azərbaycan-a Təhsil Nazirliyindən verilən məlumata görə, müraciətlərin mövzusu əsasən karantin dövründə yaşlı insanlarda yoluxma riskinin artması ilə əlaqədar təşviş, yeniyetmə və tələbələrin vərdiş etdikləri gündəlik həyat şəraitindən izolyasiyası, məktəb və universitetlərdə dərslərin başlaması ilə bağlı depressiv vəziyyət, kiçik yaşlı məktəblilərdə yığılmış enerjini israf edə bilmədikləri üçün müşahidə olunan aqressiv davranışlar və abituriyentlərin qəbul imtahanlarının olub-olmaması ilə bağlı yaşadığı həyəcanla əlaqəli olub.

Müraciət edən şəxslərə psixoloji dəstək göstərilib, onlara tövsiyələr verilib.

Xəbər lenti
0