Fransalı şokolad ustası koronavirusdan xeyir götürməyə başlayıb - VİDEO

© AFP 2024 / DAMIEN MEYERŞokolad ustası Jan-Fransuanın koronavirus formasında hazırladığı yumurtalar
Şokolad ustası Jan-Fransuanın koronavirus formasında hazırladığı yumurtalar - Sputnik Azərbaycan
Abunə olmaq
Fransalı şokolad ustası Jan-Fransua həmvətənlərini güldürmək üçün koronavirus formasında yumurtalar hazırlayıb.

BAKI, 13 aprel – Sputnik. Fransalı şokolad ustası Jan-Fransua həmvətənlərinin həyəcanlı həyatına yumor qatmaq qərarına gəlib. O, ənənəvi pasxa şirniyyatları ilə yanaşı koronavirus formasında yumurtalar hazırlayıb.

Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, Jan-Fransuanın çalışdığı qeyri-adi şirniyyat dükanı Fransanın Landivizio şəhərində yerləşir.

Şokolad ustası koronavirus formalı şokoladlı pirojnaların üzərinə “Danger” (təhlükəlidir), “Virus detected” (virus aşkarlandı), “Coronavirus” (koronavirus) sözlərinin yazıldığı kağız emblem də yapışdırıb. O qeyd edib ki, koronavirus formalı şirniyyatlar alıcıların xoşuna gəlib, jurnalistlər isə bunun ətrafında xeyli səs-küy yarada biliblər.

Jan-Fransua yumurta və kürə formasında şokoladlı pirojnalar hazırlayıb, sonra isə onların üzərini koronavirusun tacını xatırladan qovrulmuş rəngli badam hissəcikləri ilə bəzəyib.

Əlbəttə ustanın bu yumorunu düzgün başa düşməyənlər də tapılıb. Bəziləri şirniyyat dükanına zəng edərək qorxunc virusla edilən zarafata görə ustanı söyüblər.

Fransada koronavirusa görə tətbiq edilən karantin rejimi aprelin 15-də başa çatacaq. Bu orijinal şokoladlar isə karantin rejimindən zərər çəkən dükanın işlərini bir qədər canlandırıb.

Xəbər lenti
0