Epidemiya səbəbiylə işini itirdi, amma varlandı

© AFP 2024 / BEN STANSALLСитуация в связи с эпидемиологической обстановкой в Великобритании
Ситуация в связи с эпидемиологической обстановкой в Великобритании - Sputnik Azərbaycan
Abunə olmaq
İngiltərənin Brayton şəhərində yaşayan 17 yaşlı Hermoni Doz il ərzində hər ay 10 min funt sterlinq alacaq.

BAKI, 13 aprel — Sputnik. Koronavirus pandemiyası nəticəsində işini itirmiş Böyük Britaniya sakini lotereyada cekpotu qazanaraq varlanıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Daily Mail" nəşri yazır.

İngiltərənin Brayton şəhərində yaşayan 17 yaşlı Hermoni Doz (Harmony Dawes) çimərlikdə xilaskar köməkçisi işləyirmiş, lakin koronavirus pandemiyası səbəbindən işdən məhrum olub.

Martın 26-da isə qızın atası ona lotereyada cekpotu qazandığı xəbərini verib. O, Hermoniyə bir il ərzində hər ay 10 min funt sterlinq (təxminən 21 min manat) alacağını bildirib.

"İndiyə qədər mənə elə gəlir ki, bütün bunlar mənim başıma gəlməyib", - qız etiraf edib.

"Özünütəcrid rejimi zamanı bu pulu xərcləməyə imkanım olmayacaq, amma gələcəkdə ailəmi istirahətə aparmağı və at almağı planlaşdırıram", - Doz deyib.

Xəbər lenti
0