Süleyman Soylu getdi – Koronavirus iğtişaşları fonunda

© © Ahmet Bolat/Pool via REUTERSTürkiyənin daxili işlər naziri (DİN) Süleyman Soylu, arxiv şəkli
Türkiyənin daxili işlər naziri (DİN) Süleyman Soylu, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Nazir bildirib ki, həftəsonu ölkədə komendant saatının epidemiyanın qarşısının tamamilə alınması üçün tətbiq edilməsi bütün məsuliyyəti ilə ona aiddir

BAKI, 12 aprel – Sputnik. Türkiyənin daxili işlər naziri Süleyman Soylu vəzifəsindən istefa verib.

Тест на коронавирус, фото из архива - Sputnik Azərbaycan
İran köhnə fikrinə qayıtdı – Koronavirus bioloji silah ola bilər

Sputnik Azərbaycan bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.

Nazir bildirib ki, həftəsonu ölkədə komendant saatının epidemiyanın qarşısının tamamilə alınması üçün tətbiq edilməsi bütün məsuliyyəti ilə ona aiddir. Hətta məhdudiyyət saatlarının əvvəlində qeydə alınan görüntülər (iğtişaşlar-red), mükəmməl idarə olunan bu prosesə uyğun gəlməyib.

“Bütün təcrübə və məsuliyyətlərimizi yaşadığımız bu tədbir belə görüntülərə səbəb olmamalı idi. Bu, vicdanla, epidemiya və yoluxmanın dayandırılması üçün həftə sonu atılan bir addım idi. Heç vaxt zərər vermək istəmədiyim əziz millətim, ömrümün sonuna qədər sadiq qalacağım dövlət başçımız məni bağışlasın. Mən şərəflə icra etdiyim Daxili İşlər Nazirliyinin rəhbəri vəzifəsini tərk edirəm”, - deyə nazir bildirib.

Xəbər lenti
0