ELM

Bir institutda doktorantura ləğv edildi

© AFP 2024 / GEORGES GOBETВрач одной из поликлиник, фото из архива
Врач одной из поликлиник, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxs üzrə Milli Hematologiya və Transfuziologiya Mərkəzi fəlsəfə doktoru hazırlayacaq

BAKI, 12 aprel — Sputnik. Nazirlər Kabineti "Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı"na dəyişiklik edib. Sutnik Azərbaycan-ın məlumatına görə, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxs üzrə Milli Hematologiya və Transfuziologiya Mərkəzi fəlsəfə doktoru hazırlayacaq. Eyni zamanda Səhiyyə Nazirliyi üzrə B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun doktorantura təhsili vermək hüququ ləğv edilib.

Xəbər lenti
0