Elşad Məmmədov: “Ölkə iqtisadiyyatının investisiyalara tələbatı artmaqdadır”
Azərbaycanda kapitalın və əmlakın amnistiyasının tətbiqi nəzərdən keçirilir. Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a deyir ki, son vaxtlar ölkə iqtisadiyyatının investisiyalara və sosial layihələrə tələbatı artmaqdadır:
“Bu istiqamətlər üzrə tədbirlərin reallaşması üçün tələb olunan resurs bazasının müəyyən mənada məhz kapital və əmlak amnistiyası hesabına formalaşması mümkündür. Bu özlüyündə mürəkkəb bir prosesdir və həmin resursların milli iqtisadiyyatda dövr etməsi vacib şərt kimi çıxış etməlidir”.
Elşad Məmmədovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz