“Təhsil Nazirliyi koronavirus pandemiyasının yaratdığı çətinliklə əlaqədar olaraq şagirdlərin təhsildən geri qalmaması üçün teledərslərlə yanaşı, virtual məktəb platformasını tdim etdi”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov deyib.
Ekspert bildirib ki, bu platforma şagirdlərə məsafədən təhsil alma imkanı yardır:
“Bəzən yüklənmə ilə əlaqədar olaraq platformada texniki problemlərin yaranması anlaşılandır. Bu layihə teledərslərə dəstək mahiyyəti daşıyır. Bəzən virtual məktəb layihəsinin özünü doğrultmaması ilə bağlı ittihamlar səslənir. İttihamlar əsasən, internet imkanlarının yetərsizliyi ilə əlaqəli olduğu üçün bunda Təhsil Nazirliyi məsuliyyət daşımır”.
Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz