Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

İki məşhur azərbaycanlı Rusiyanı lərzəyə gətirdi

© Instagram / el_man_officialПевец Эльман Зейналов
Певец Эльман Зейналов - Sputnik Azərbaycan
Abunə olmaq
Elman Zeynalov və Bəxtiyar Əliyev lap çoxdan dostluq etsələr də, birgə layihəni ilk dəfə təqdim ediblər. Onların dueti sevgi mövzusuna müraciət edib.

BAKI, 11 aprel – Sputnik, Kəmalə Əliyeva. "Novaya fabrika zvyozd” (Yeni ulduz fabriki) musiqi layihəsinin finalçısı, azərbaycanlı müğənni Elman Zeynalov həmyerlisi Bəxtiyar Əliyevlə (Bahh Tee) "Lyubvi dostoyna” (Sevgiyə layiqdir) duet kompozisiyasını yazdırıb.

Zeynalovun Sputnik Azərbaycan-a bildirdiyinə görə, duet oxumaq təklifi ona Bəxtiyardan gəlib və o da məmnuniyyətlə razılaşıb. İfaçılar uzun illərdir ki, dostluq edirlər, amma birgə layihəni ilk dəfə həyata keçiriblər. Onlar dueti yazdırarkən Əliyevin müəllifi olduğu məşhur "Sevgi layiqdir" mahnısından istifadə ediblər.

“Bu mənim sevimli mahnım idi. Şadam ki, on il sonra onu ifa etdim", - Zeynalov etiraf edib.

Bu kompozisiya Bəxtiyar Əliyevin yeni "10 il sonra" albomuna daxil edilib. Albom həmçinin müğənninin Xalq artisti Emin Ağalarov, Coni, Ella, HammAli&Navai və digər ifaçılarla duet kompozisiyalarını da əhatə edib.

View this post on Instagram

Это была моя любимая песня! И я спел ее спустя 10 лет 🥺 @realbahhtee

A post shared by ELMAN (@el_man_official) on

Elman Zeynalov Sumqayıtda anadan olub, ailəsi ilə birlikdə Rusiyanın Rostov şəhərinə köçüb. Rusiyanın MUZ-TV musiqi kanalında yayımlanan "Novaya fabrika zvyozd” layihəsi onu bütün post-sovet məkanında tanıdıb. Zeynalov həmin musiqi yarışının iştirakçısı olan Ani Lorak, Qriqori Leps, Ciqan və digər ulduzlarla yadda qalan duetlər ifa edib.

Zeynalov Xalq artisti Emin Ağalarov tərəfindən yaradılan Zhara Music musiqi leyblinin tərkibinə daxildir.

Bəxtiyar Əliyev (Bahh Tee) doqquz yaşında ilk şeirlərini əvvəl Azərbaycan və türk, sonra isə rus dillərində yazmağa başlayıb. Günlərin birində “Fabrika zvyozd-4” (Ulduz fabriki-4") yarışını seyr edərkən, mahnı yazmağa cəhd etmək qərarına gəlib. Hal-hazırda "Jara FM" radiostansiyasının və Zhara Music musiqi leyblinin baş prodüseridir.

Xəbər lenti
0