CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dəfndə iştirak etmək adı ilə evdən çıxanlar həbs edildi

© Sputnik / Murad OrujovВоеннослужащий внутренних войск на одной из улиц в Баку, фото из архива
Военнослужащий внутренних войск на одной из улиц в Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ötən sutka ərazində Bakı və Respublikanın ayrı-ayrı rayonlarında bu üsuldan istifadə edərək karantin qaydalarını pozan 20 nəfərin şəxsiyyəti müəyyən edilib

BAKI, 11 aprel — Sputnik. Ötən sutka ərzində dəfndə iştirak etmək adı ilə 8103 qısa nömrəsinə həqiqətə uyğun olmayan müraciət edən 20 nəfər polis əməkdaşları tərəfindən qısa zamanda müəyyən edilərək saxlanılıb.

Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Yas çadırı - Sputnik Azərbaycan
CƏMİYYƏT
Dəfn adı ilə evdən çıxanlara xəbərdarlıq

Bildirilib ki, "Xüsusi Karantin Qaydalarının Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi" olan 8103 qısa nömrəsinə dəfndə iştirak etmək adı ilə həqiqətə uyğun olmayan və ya yaxın qohumluq statusu daşımayanların yas mərasimlərində iştirak etmək üçün qanunsuz yerə icazələr alaraq epidemiya əleyhinə rejimin tələblərini pozan şəxslər daxili işlər orqanlarının əməkdaşları tərəfindən qısa zamanda müəyyən edilərək saxlanılıblar.

Təkcə ötən sutka ərazində paytaxt Bakı və Respublikanın ayrı-ayrı rayonlarında bu üsuldan istifadə edərək karantin qaydalarını pozan ümumilikdə 20 nəfərin şəxsiyyəti müəyyən edilib və onlar polis idarə, şöbə və bölmələrinə gətiriliblər.

Həmin şəxslərdən 19-u barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə tədbirlər görülüb və onlar 100 manat məbləğində cərimə ediliblər. Bir nəfər isə məhkəmənin qərarı ilə inzibati qaydada 10 sutka həbs edilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Mülki Psossesual Məcəlləsinin 19-cu maddəsinə əsasən yaxın qohumlar nənə-babalar, valideynlər, övladlığa götürənlər, doğma və ögey bacı qardaşlar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər və nəvələr aid edilir.

Nəzərinizə çatdıraq ki, 8103 nömrəsinə edilən hər bir müraciət ciddi araşdırılır. Odur ki, vətəndaşlardan bu xidmətdən sui-istifadə etməmək tələb olunur. Əks halda bu cür davranış karantin rejimi tələblərinin pozulması kimi qiymətləndiriləcək və həmin şəxs barəsində ciddi cəza tədbirləri görüləcək.

Xəbər lenti
0