Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Daha 67 xəstə tapıldı, yenə ölən var

© AFP 2024 / INA FASSBENDERТест на коронавирус
Тест на коронавирус - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırkı dövrədək ölkəmizdə 1 058 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 200 nəfəri müalicə olunaraq sağalıb, 11 nəfər vəfat edib, 847 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

BAKI, 11 aprel – Sputnik. Azərbaycan Respublikasında 67 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb, 1 nəfər vəfat edib, 41 nəfər müalicə nəticəsində sağalaraq evə buraxılıb.

Премьер-министр Азербайджанской Республики Али Асадов, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Baş Nazir Koronavirus Fondundakı vəsaitlə bağlı sərəncam verdi

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, 1935-ci il təvəllüdlü vətəndaşın anamnezində ürək ritminin pozulması, ürəyin işemik xəstəliyi, postinfarkt kardioskleroz olduğu göstərilib, ondan koronavirus (COVID-19) üçün götürülən analiz nümunələri müsbət çıxıb. Bütün zəruri tibbi tədbirlərin həyata keçirilməsinə baxmayaraq pasiyent vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 1 058 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 200 nəfəri müalicə olunaraq sağalıb, 11 nəfər vəfat edib, 847 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 27 nəfərin vəziyyəti ağır, 35 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti sabitdir.

Ölkəmizdə müxtəlif karantin zonalarına yerləşdirilən 2 840 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

Xəbər lenti
0