BAKI, 11 aprel – Sputnik, Kəmalə Əliyeva. Azərbaycanlı məşhurlar yeni #pillowchallenge moda çellencinə qoşulmaq qərarına gəliblər. Sputnik Azərbaycan-ın məlumatına görə, bu çellencin iştirakçıları paltar əvəzinə balışdan istifadə edirlər.
Onlar öz fotolarını "Instagram" sosial şəbəkəsindəki səhifələrində paylaşıblar. Müxtəlif ölkələrdən olan dünya şöhrətli influenserlər, çılpaq bədəni yastıqla örtən və konstruksiyanı qayışla bərkidərək kokteyl paltarının illüziyasını yaradan bir çellenc başladıblar. Obraz tez-tez müəllifin zövqündən asılı olaraq, kabluklu tuflilər, yaxud da idman ayaqqabıları ilə tamamlanır.
Azərbaycandan bu hərəkata birinci qoşulanlar sırasında aktrisa və model Pərvin Abıyeva da var.
View this post on Instagram
Model Kristina Zamir isə təkcə yastıqla deyil, yataq dəsti – yataq örtüyü və döşəkağıdan istifadə edərək bir neçə obraz yaradıb.
Türkiyədə yaşayan müğənni Sevinc Ağaşirinova da xarici həmkarlarından geri qalmamağa qərar verib. O, bədənini yastıqla örtərək rəqs edib.
Müğənni Türkan Heydərova da yeni çellencə qoşulub. Onun sözlərinə görə, onu efirdə görən bir çox adam kökəldiyini qeyd edib, baxmayaraq ki, bu, belə deyil.
"Bütün bədənimi örtmək üçün bir balaca yastıq kifayət etdi", - deyə Heydərova bildirib.
Qeyd edək ki, məşhurların sözügedən fotoları sosial şəbəkələrdə qızğın müzakirələrə səbəb olub.