Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Pandemiya dövründə şad xəbər – İndi daha çox alıb, daha gec qaytara bilərsiniz

© Sputnik / Murad OrujovПачки азербайджанских манатов на столе
Пачки азербайджанских манатов на столе - Sputnik Azərbaycan
Abunə olmaq
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin verdiyi mikrokreditlərin maksimal məbləği 5 min manatdan 15 min manata, maksimal müddəti isə 2 ildən 3 ilə çatdırılıb

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 11 aprel — Sputnik. Prezident İlham Əliyev "Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında" 23 iyul 2015-ci il tarixli fərmanına dəyişiklik edib.

Сотрудницы банка, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Vətəndaşların banklara olan kredit borcları dondurula bilər

Sputnik Azərbaycan xəbər verir ki, dövlət başçısının aprelin 8-də bununla bağlı imzaladığı fərmana əsasən, agentliyə yeni səlahiyyət verilib. Əsasnaməyə edilən əlavəyə görə, bundan sonra Agentlik aqrar sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin, ailə-kəndli təsərrüfatlarının müvəkkil kredit təşkilatları vasitəsilə aldıqları mikrokreditlər üzrə risklərə qismən təminat verilməsini həyata keçirəcək.

Dövlət başçısının aprelin 8-də imzaladığı digər bir fərmanla "Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası"nda dəyişikliklər edilib. Edilən dəyişikliklərdən birinə əsasən, Agentliyin verdiyi mikrokreditlərin maksimal məbləği 5 min manatdan 15 min manata, maksimal müddəti isə 2 ildən 3 ilə çatdırılıb.

Aqrar Kredit və İnkişaf Agentliyinin sədri (AKİA) Mirzə Əliyev dəyişikliklər ilə bağlı bildirib ki, Azərbaycan Prezidentinin 2020-ci il 8 aprel tarixli fərmanları ilə Aqrar Kredit və İnkişaf Agentliyinə verilmiş yeni səlahiyyətlər kənd təsərrüfatı sahəsində mikrokreditlərin stimullaşdırılmasına yönəlib. O qeyd edib ki, "Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamə"də və "Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası"nda dəyişikliklər edilməsi barədə dövlət başçısının imzaladığı 2 fərman aqrar sahədə fəaliyyət göstərən kiçik sahibkarların maliyyəyə çıxışını asanlaşdırır: "Dəyişikliklər bizə aqrar sahə ilə məşğul olmaq üçün istənilən mikrokreditlərin maksimal həddini 15000 manatadək artırmaq, müddətini 3 ilədək uzatmaq imkanı verir. Əvvəlki qaydalarla bu rəqəmlər 5000 manat və 2 il idi. Ən əsas məqam bu kreditlərin banklar tərəfindən təminatsız (girovsuz) verilməsidir".

Onun sözlərinə görə, bankların mikrokreditlərə marağını artıracaq bir neçə səbəb var: "Mikrokreditlərin məbləği kiçik olsa da, əməliyyat xərcləri iri məbləğli kreditlərin xərci qədərdir. Həmçinin bu kreditlərin riskləri də çoxdur. Ona görə də, hazırda bazarda mikrokreditlərin orta faiz dərəcəsi 25 faizdir. Bunları nəzərə alaraq, banklara maliyyələşmə dəyərini – xərclərini aşağı salmaq imkanı verən faiz dərəcəsi təklif edilir. AKİA-nın 2,5 faizlə verdiyi mikrokreditləri banklar maksimum 12 faizlə təqdim edə biləcəklər. Bundan əlavə, bank riski qismən dövlət tərəfindən qarşılanacaq".

"Biz əminik ki, bu dəyişikliklər həm kreditlərin məbləği və müddəti, həm də bank risklərinin qismən dövlət tərəfindən qarşılanması kənd təsərrüfatı sahəsində kiçik sahibkarların artmasına, kiçik fermer təsərrüfatlarının möhkəmlənməsinə səbəb olacaq", – M.Əliyev əlavə edib.

Пересчет денег, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Kreditlərlə bağlı qərar veriləcək - İbrahim Məmmədov

İqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a açıqlamasında, bu addımı müsbət qiymətləndirib: "Aqrar sektora çox ciddi dəstək verilməlidir. Bankların aqrar sektora marağının az olmasının səbəbi odur ki, təminat problemi, yəni kreditlərin zaminlik problemi var. Əgər bunların həlli istiqamətində addımlar atılsa, aqrar sektora müsbət dinamika verə bilər. Aqrar sektor artıq strateji bir hal alıb və dövlət dəstəyi getdikcə artırılmalıdır. Pandemiya dövründə dünya ölkələri giriş-çıxışları bağladıqca aqrar məhsulların da ixracını məhdudlaşdırırlar. Hazırda dünyada əsas məsələ iqtisadiyyatın çarxlarının dönməsi üçün atılacaq addımların intensivliyinin artırılmasıdır, o cümlədən də aqrar sahədə".

Qeyd edək ki, digər bir dəyişikliyə əsasən, Agentlik vəsaiti müvəkkil kredit təşkilatlarına təminatsız verilən mikrokreditlər və ya digər güzəştli kreditlər üçün illik 2 faiz, təminatla verilən mikrokreditlər üçün isə əlavə 0,5 faiz olmaqla, illik 2,5 faiz tətbiq etməklə verir. Müvəkkil kredit təşkilatlarının Agentliyin kredit vəsaitinə tətbiq etdiyi illik faiz dərəcəsinin ən yüksək həddi (Agentliyin tətbiq etdiyi faizlər də daxil olmaqla) müvafiq olaraq öhdəliklərin icrasının təmin edilməsi üsulu müəyyən edilmədən verilən mikrokreditlər üçün 12 faizdən, digər güzəştli kreditlər üçün isə 7 faizdən artıq olmamalıdır.

Xəbər lenti
0