Amerikalı senator Berni Sanders seçkiqabağı marafonda iştirakını dayandırıb. Bundan sonra ABŞ-ın sabiq vitse-prezidenti Co Bayden Demokrat Partiyasından prezidentliyə vahid namizəd olub.
Politoloq Mübariz Əhmədoğlu Sputnik Azərbaycan-a deyir ki, budəfəki prezident seçkilərində qələbə qazanmaq Donald Tramp üçün çətin olacaq:
“Həm koronavirus pandemiyası, həm də neftin qiymətinin ucuzlaşması ABŞ daxilindəki iqtisadi vəziyyəti pisləşdirdi. Koronavirus ABŞ səhiyyəsindəki problemləri üzə çıxardı. Hazırkı vəziyyət Trampın əleyhinədir və onun budəfəki seçkilərdə əvvəlki nəticənin yarısını əldə edə biləcəyini belə düşünmürəm. Məncə ABŞ vətəndaşları sabiq vitse-prezident Co Baydenə üstünlük verəcək”.
Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz