CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İctimai nəqliyyatın hərəkəti məhdudlaşdırıla bilər - Artıq müraciət edilib

© Sputnik / Sputnik / Elvin AhmadАвтобусы в Баку, фото из архива
Автобусы в Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Yekun qərar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən veriləcək və dərhal icra olunacaq

BAKI, 10 aprel — Sputnik. “İctimai nəqliyyatın və sərnişindaşınma ilə bağlı fəaliyyət planı hazırlanaraq Nazirlər Kabineti yanında Operativ Qərargaha təqdim edilib”.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev jurnalistlərlə keçirilən onlayn mətbuat konfrasında bildirib. M.Ağayev qeyd edib ki, hər şey vətəndaşların karantin rejiminə əməl etməsindən asılıdır:  Məlum olduğu kimi, Nazirlər Kabineti yanında Operativ Qərargah yoluxmanın artan xətt üzrə davam edəcəyi halda, vəziyyətə uyğun qərar veriləcəyini açıqlayıb. Karantin rejiminin uzadılması və daha sərt qərarların qəbulu nəzərdə tutulub ki, bu zaman ictimai nəqliyyatın, o cümlədən ekspress avtobusların sayının azaldılması və ictimai nəqliyyatın fəaliyyətinin məhdudlaşdırılması nəzərdə tutulub. Bir daha vurğulamaq istəyirəm ki, bu, vətəndaşlarımızın karantin rejiminə əməl etməsindən asılı olacaq. Yekun qərar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən veriləcək və dərhal icra olunacaq”.

M.Ağayev qeyd edib ki, sərnişinlərin hərəkətində məhdudiyyətlərin qoyulmasına baxmayaraq, hələ də səhər və axşam saatlarında istər avtobuslarda, istərsə də dayanacaqlarda sıxlıq müşahidə olunur: "Sərnişinlərdən xahiş edirik ki, mövcud epidemik vəziyyətdə sosial məsafəni saxlasınlar. Təəssüf ki, insanlar dayanacaqlarda sosial məsafənin saxlanılmasına riayət etmirlər".

Xəbər lenti
0