Люди на Площади фонтанов в Баку - Sputnik Azərbaycan
CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xüsusi karantin dövründə bir ilk həyata keçdi

Xəbərlərə abunə olun
НовостиTelegram
Onlayn konfransda panepidemiya ilə bağlı xüsusi karantin dövründə ictimai nəqliyyatda avtobusların hərəkəti və sair məsələlərlə bağlı ətraflı məlumat verilib.

BAKI, 10 aprel — Sputnik. Bu gün Bakı Nəqliyyat Agentliyi (BNA) ilk dəfə jurnalistlər üçün onlayn mətbuat konfransı təşkil edib. Sputnik Azərbaycan-ın məlumatına görə, BNA-nın mətbuat katibi Mais Ağayev son 10 gün ərzində görülən işlərlə bağlı media nümayəndələrinə məlumat verib, jurnalistlərin suallarını cavablandırıb.

Qeyd edək ki, Azərbaycanda koronavirus panepidemiyası yayıldıqdan sonra kütləvi tədbirlər təxirə salınıb. Odur ki, BNA jurnalistləri məlumatlandırmaq və suallarını cavablandırmaq üçün onlayn mətbuat konfransı keçirib.

Onlayn konfransda panepidemiya ilə bağlı xüsusi karantin dövründə ictimai nəqliyyatda avtobusların hərəkəti və sair məsələlərlə bağlı ətraflı məlumat verilib.

Xəbər lenti
0