CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qubalılar etiraf edirlər ki....

© Sputnik / Murad OrujovСотрудник полиции, фото из архива
Сотрудник полиции, фото из архива  - Sputnik Azərbaycan
Abunə olmaq
Saxlanılan şəxslər karantin rejimini pozduqlarına görə səmimi şəkildə peşman olduqlarını bildiriblər.

BAKI, 10 aprel — Sputnik. Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Quba Rayon Polis Şöbəsinin əməkdaşları tədbirləri davam etdirir.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata istinadla xəbər verir ki, şöbə əməkdaşları tərəfindən inzibati ərazilərində xidmət aparan zaman qaydalara riayət etməyərək, xüsusi icazə olmadan səbəbsiz yerə evdən çölə çıxan, eləcə də lüzumsuz yerə nəqliyyat vasitəsi idarə edən şəxslər aşkarlanaraq barələrində qanuna müvafiq qaydada tədbirlər görülüb. Həmin şəxslər karantin rejimini pozduqlarına görə səmimi peşman olduqlarını bildiriblər.

Xəbər lenti
0