Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Hamını gözləyən fövqəltədbirlər: Həkimlər barədə göstəriş verildi

© © Aleksandr Avilov, Moscow News Agency photo via APМедики в костюмах биозащиты, фото из архива
Медики в костюмах биозащиты, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Putin təcili tibbi yardımın həkimlərinə süni ventilyasiya, narkoz-tənəffüs aparatları, ağciyərlərin süni ventilyasiya aparatlarında təlimlərin keçirilməsinin tapşırıb.

BAKI, 10 aprel — Sputnik. Rusiya Prezidenti Vladimir Putin hökumət və regional rəhbərliyə ehtiyac olacağı təqdirdə koronavirus infeksiyası xəstələrinin müalicəsi üçün digər sahələrin həkimlərinin öz sahələrini dəyişdirməsini nəzərdə tutmağı tapşırıb. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.

Bundan əlavə, Putin təcili tibbi yardımın həkimlərinə süni ventilyasiya, narkoz-tənəffüs aparatları, ağciyərlərin süni ventilyasiya aparatlarında təlimlərin keçirilməsinin tapşırıb.

Медицинский работник в больнице в России, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiyada bir gündə 18 nəfər koronavirusdan öldü

Qeyd edək ki, bir sutka ərzində Rusiyanın 57 regionunda 1 786 koronavirusa yoluxma halı aşkarlanıb. Son 24 saat ərzində, həmçinin 18 nəfər ölüb.

Ümumilikdə Rusiyada bu xəstəliyə yoluxanların sayı 11 917-ə çatıb. Onlardan 800-ə yaxını sağalıb, 94-ü ölüb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1,6 milyonu keçib, 95 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0