Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyada bir gündə 18 nəfər koronavirusdan öldü

© Sputnik / Kirill Kallinikov / Mediabanka keçidМедицинский работник в больнице в России, фото из архива
Медицинский работник в больнице в России, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1,6 milyonu keçib, 95 mindən çox adam isə virus səbəbilə ölüb.

 

BAKI, 10 aprel — Sputnik. Bir sutka ərzində Rusiyanın 57 regionunda 1 786 koronavirusa yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan xəbər verir ki, 24 saat ərzində 18 nəfər ölüb.

Ümumilikdə Rusiyada bu xəstəliyə yoluxanların sayı 11 917-ə çatıb. Onlardan 800-ə yaxını sağalıb, 94-ü ölüb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1,6 milyonu keçib, 95 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0