Koronavirusa yoluxanların sayı artır

© AFP 2023 / Gent ShkullakuСитуация в связи с эпидемиологической обстановкой в Тиране
Ситуация в связи с эпидемиологической обстановкой в Тиране - Sputnik Azərbaycan
Abunə olmaq
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də virusun törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

BAKI, 10 aprel — Sputnik. Bu günə olan məlumata görə, dünyada koronavirusa yoluxanların sayı 1 599 831-ə çatıb. Bu barədə Sputnik Azərbaycan South China Morning Post-a istinadən xəbər verir.

Məlumata əsasən, bu virusa yoluxmuş 87 079 nəfər vəfat edib, 353 480 minə yaxın şəxs isə sağalıb.

Nəşr vurğulayır ki, son 24 saat ərzində bu virusa yoluxanların sayı 98 162 nəfər artıb. Ölənlərin sayında isə bir sutka ərzində 7 184 nəfər artım qeydə alınıb.

Koronavirusa yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb ki, bu ölkədə xəstələrin sayı 466 min 033 nəfərdir. Avropada virusdan ölənlərin və ona yoluxanların sayına görə İspaniya ilk yerdədir. Belə ki, bu ölkədə 152 446 yoluxma qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də virusun törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0