CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu gün daha 1359 nəfər...

© Sputnik / Rahim MuradovАвтомобиль дорожно-патрульной службы, фото из архива
Автомобиль дорожно-патрульной службы, фото из архива  - Sputnik Azərbaycan
Abunə olmaq
Aprelin 1-dən bu günədək respublikanın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 11 318 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

 

BAKI, 10 aprel — Sputnik. Baş Dövlət Yol Polisi İdarəsi ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar son 24 saat ərzində DYP əməkdaşları tərəfindən görülmüş işlər barədə məlumat yayıb.

Sputnik Azərbaycan DYP-nin məlumatına istinadla xəbər verir ki, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 09.04.2020-ci il saat 00:00-dan 10.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1359 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 11 318 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Xəbər lenti
0