Boris necədir - Britaniya baş nazirinin vəziyyəti açıqlandı

© REUTERS / Frank Augstein /Pool / File PhotoБорис Джонсон
Борис Джонсон - Sputnik Azərbaycan
Abunə olmaq
Consonun xəstəxanadan nə vaxt buraxılacağı sualına cavab olaraq hökumət nümayəndəsi bunun həkimlərin tövsiyələrinə uyğun olaraq baş tutacağını bildirib.

BAKI, 10 aprel — Sputnik. Böyük Britaniyanın Baş naziri Boris Conson hələ də xəstəxanadadır və hazırda o, ilkin sağalma mərhələsindədir. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Britaniya hökumətinin nümayəndəsi bildirib. 

COVID-19 xəstəliyinə yoluxmuş Conson cümə axşamı reanimasiya şöbəsindən adi palataya köçürülüb. Conson qayğı üçün həkimlərə və tibb bacılarına təşəkkür edib.

"Baş nazir xəstəxanada palatadadır və sağalır. O, ilkin sağalma mərhələsindədir. Baş nazir əvvəlki kimi çox yaxşı əhval-ruhiyyədədir", - hökumət nümayəndəsi jurnalistlərə bildirib.

Consonun xəstəxanadan nə vaxt buraxılacağı sualına cavab olaraq hökumət nümayəndəsi bunun həkimlərin tövsiyələrinə uyğun olaraq baş tutacağını bildirib.

Conson martın 27-də koronavirusa yoluxduğunu açıqlayıb, o vaxtdan bəri özünü təcrid edib, amma işini davam etdirib. Aprelin 3-də baş nazir videomüraciətində yüksək temperaturunun qaldığını bildirib. O, bazar günü axşam saatlarında lazımı analizlər üçün xəstəxanaya aparılıb.

Bazar ertəsi axşam saatlarında Consonun vəziyyəti pisləşib və onu reanimasiyaya aparıblar. Çərşənbə axşamı məlum olub ki, baş nazirin vəziyyəti sabitdir, o, sərbəst nəfəs ala bilir və standart oksigen müalicəsi alır.

Xəbər lenti
0