CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda karantin rejimində gündəlik sərnişindaşımanın statistikası açıqlanıb

© © Sputnik / Elvin AhmadАвтобусы в Баку, фото из архива
Автобусы в Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"7 ekspress xətt üzrə əlavə 100 ədədə yaxın avtobus sərnişindaşıma prosesinə cəlb edilir. 80 ədədə qədər avtobus isə ehtiyat olaraq müvafiq metro stansiyalarının ətrafında saxlanılır".

 

BAKI, 10 aprel — Sputnik. Bakı Nəqliyyat Agentliyi (BNA) xüsusi karantin rejimində Bakıda sərnişindaşımada olan vəziyyəti açıqlayıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu gün keçirilən onlayn mətbuat konfransında Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib ki, karantin günlərində 7 ekspress xətt üzrə 100-ə yaxın avtobus fəaliyyət göstərir: "Xüsusi karantin rejimində həyat fəaliyyətinin təmin edilməsi baxımından zəruri hesab olunan sahələrdə çalışan vətəndaşların daşınmasını təmin etmək məqsədilə müntəzəm və ekspress xətt avtobuslarının fəaliyyəti davam etdirilir. Müntəzəm xətlərlə yanaşı, 7 ekspres sxətt üzrə əlavə 100 ədədə yaxın avtobus sərnişindaşıma prosesinə cəlb edilir. 80 ədədə qədər avtobus isə ehtiyat olaraq müvafiq metro stansiyalarının ətrafında saxlanılır".

BNA rəsmisi qeyd edib ki, daşımaların tənzimlənməsi və orataya çıxan məsələlərin təcili həlli məqsədilə Bakı Nəqliyyat Agentliyinin mobil qrupları tərəfindən ərazidə nəzarət tədbirləri həyata keçirilir. Görülən bütün zəruri tədbirlərə baxmayaraq, hələ də xüsusilə səhər və axşam daşımalarında avtobuslarda sərnişin axını çoxluq təşkil edir:

01.04.2020 614.142 sərnişin

02.04.2020 576.504 sərnişin

03.04.2020 554.652 sərnişin

04.04.2020 490.230 sərnişin

05.04.2020 177.209 sərnişin

06.04.2020 378.106 sərnişin

07.04.2020 394.071 sərnişin

08.04.2020 420.705 sərnişin

09.04.2020 424.051 sərnişin

Daşımalara dair statistik məlumatlara əsasən də yalnız aprelin 5-də sərnişin sayında kəskin azalma müşahidə olunub. Ötən gün isə aprelin 8-i ilə müqayisədə təxminən 4 mindən çox sərnişin artımı qeydə alınıb.

M.Ağayev deyib ki, icra olunan sərnişindaşıma prosesi, o cümlədən də avtobuslararası interval və iş qrafiki adi günlərdən fərqli olaraq məhz xüsusi karantin rejimi ilə icra olunur:

"Sərnişinlərimizdən də hazırki daşımaları məhz bu cür qəbul etmələrini və davranışlarını mövcud vəziyyətə uyğun tənzimləmələrini xahiş edirik. Mövcud epidemik vəziyyətdə sosial məsafənin saxlanılmasının vacibliyini nəzərə alaraq avtobuslarda və dayanacaq məntəqələrində növbəlilik prinsipinə, sosial məsafəyə riayət edilməlidir".

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin 43 küçə və prospektdə 01-09.04.2020 tarixlərini əhatə edən araşdırmalarına əsasən xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən tədbirlərlə əlaqədar küçə və prospektlərdə nəqliyyat axınında isə təxminən 30% azalma müşahidə edilib. Xarici ölkə şəhərlərinin təcrübəsində isə xüsusi karantin günlərində yollarda nəqliyyat axını ilə bağlı azalma ən az 60-70 % təşkil edir. Göstərilən müddət ərzində ən böyük azalma 05.04.2020 tarixində, ən böyük artım isə 01.04.2020-ci il tarixində qeydə alınıb. Son iki gündə yəni aprelin 8 və 9-da isə nəqliyyat vasitələrinin sayında artım müşahidə olunur.

Xəbər lenti
0