Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Azərbaycanda 6 yaşlı şəxs koronavirusdan müalicə alır

© Sputnik / Murad OrujovЖенщина с ребенком в маске в Баку, фото из архива
Женщина с ребенком в маске в Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Ümumiyyətlə, uşaqlar, gənc nəsil bu infeksiyanı adətən yüngül, çox zaman da simptomsuz keçirirlər".

BAKI, 10 aprel — Sputnik. Uşaqlar da koronavirusa yoluxur, klinikamızda 6 yaşlı uşaq bu virusdan müalicə olunur. Bu barədə Azərbaycan Tibb Universitetindən Sputnik Azərbaycan-a mıumat verilib. Tanınmış uşaq cərrahı, Azərbaycan Tibb Universitetinin (ATU) Uşaq cərrahiyyəsi kafedrasının müdiri, hazırda koronaviruslu xəstələrin müalicə olunduğu Tədris Cərrahiyyə Klinkasının baş həkimi Ramiz Poluxov da bu haqda məlumat verib: "TƏBİB-in açıqladığı məlumatda da bildirilir ki, Azərbaycanda yoluxanlar arasında 2 yaşlı uşaq da var. Bizim klinikada da 6 yaşlı uşaq müalicə olunur. Ona görə də uşaqlar koronavirusa yoluxmur demək doğru deyil. Yaşlı insanlar, digər əhalimiz kimi uşaqları da qorumaq lazımdır".

Uşaq cərrahı, əhaliyə müraciət edərək pandemiya dövründə planlı əməliyyatların təxirə salındığını vurğulayıb: "Təcili olmayan, planlı əməliyyatlara görə tələsmək olmaz. İnşallah, koronavirus infeksiyasına qalib gələndən sonra o işlər də görüləcək".

R. Poluxov deyib ki, bu gün başqa ölkələrlə müqayisədə Azərbaycanda virusun az yayılması, sevindirici haldır: "Bu da dövlət rəhbərliyinin vaxtında atdığı addımların nəticəsidir".

Baş həkim, Tədris Cərrahiyyə Klinikasında müalicə olunanların arasında ciddi ağır xəsə olmadığını, əksəriyyətinin vəziyyətinin stabil olduğunu deyib: "Koronavirus gözə görünməyən düşmən, bəşəriyyətin düşmənidir. COVID-19 yeni bir infeksiyadır. Hələ tam öyrənilməyib. Bədənə düşəndə özünü necə apardığı tam məlum deyil. Bu, bədənin ümumi vəziyyətindən, yanaşı xəstəliklərdən asılıdır. Ona görə də hər hansı simptom olan kimi həkimə müraciət etmək lazımdır".

Həkim, virusdan qorunmaq üçün tibbi maska, əlcək taxmağı, sosial məsafə saxlamağı, əlləri tez-tez yumağı, lazım olmadıqda evdən çıxmamağı tövsiyə edib.

Xəbər lenti
0