Alim koronavirusun ötürülmə yolu haqqında məşhur mifi yalan çıxardı

© AFP 2024 / Damien MeyerШоколадное яйцо в форме коронавируса
Шоколадное яйцо в форме коронавируса - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert qeyd edib ki, hazırda koronavirusun mağazalar və ya restoranların çatdırılma xidmətləri vasitəsilə ötürülməsi halları barədə heç bir məlumat yoxdur.

BAKI, 10 aprel — Sputnik. ABŞ-ın Ohayo Dövlət Universitetinin əməkdaşı Sanca İliç koronavirusun qida vasitəsilə ötürülməsinə dair mifi təkzib edib. Sputnik Azərbaycan xəbər verir ki, alim bu barədə "MedicalXpress" saytına danışıb. 

"Koronavirus mədə-bağırsaq xəstəliyi deyil. O, qidada çoxala bilmir", - İliç bildirib. Mütəxəssis vurğulayıb ki, viruslar səthlərdə çoxalmır, onlar canlı daşıyıcıya ehtiyac duyurlar.

Eyni zamanda, o, koronavirusa supermarketdə yoluxmağın mümkün olduğuna dair xəbərdarlıq edib. Bunun baş verməməsi üçün Sanca iki metrlik sosial məsafə saxlamağı, antiseptiklərlə əlləri mütəmadi olaraq təmizləməyi və alınmış meyvə-tərəvəzi yaxşıca yumağı tövsiyə edib.

Ekspert qeyd edib ki, hazırda koronavirusun mağazalar və ya restoranların çatdırılma xidmətləri vasitəsilə ötürülməsi halları barədə heç bir məlumat yoxdur.

COVID-19 pandemiyası demək olar ki, bütün dünyanı bürüyüb. Son məlumatlara görə, SARS-CoV-2 koronavirusunun səbəb olduğu COVID-19 xəstəliyinə hazırda 1,35 milyondan artıq insan yoluxub, 79 mindən çox xəstə dünyasını dəyişib.

Xəbər lenti
0