Millət vəkili prezidentin əfv sərəncamı barədə: insanpərvər siyasətinin təzahürüdür

© Photo : TRENDRamil Həsən, deputat
Ramil Həsən, deputat - Sputnik Azərbaycan
Abunə olmaq
Milli Məclisin deputatı Ramil Həsən deyir ki, əfv olunan şəxslər də dövlət başçısının bu humanist addımından düzgün nəticə çıxaracaqlar
Ramil Həsən: “Əfv sərəncamı cəmiyyətdə boyük rəğbətlə qarşılanır”

Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən növbəti əfv sərəncamının imzalanması dövlətimizin humanizm siyasətinin parlaq nümunəsidir. Humanizm prinsipləri Ümummilli liderimiz Heydər Əliyev tərəfindən Azərbaycanda dövlət siyasəti kimi müəyyənləşdirilib. Bu gün dövlət başçısı bu siyasəti layiqincə davam etdirir. Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin deputatı Ramil Həsən deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyevin “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” 2020-ci il 6 aprel tarixli Sərəncamına əsasən 176 məhkum cəzasının çəkilməmiş hissəsindən azad edilib: “Əfv sərəncamı koronavirus (COVİD-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyacı olan, yaşı 65-dən yuxarı bir sıra məhkumlara şamil olunub. Bu humanist addım xalqımızın əsrlərdən ötüb gələn mənəvi dəyərlərini özündə təcəssüm etdirir. İnanırıq ki, əfv olunan şəxslər də dövlət başçısının bu humanist addımından düzgün nəticə çıxaracaqlar. Növbəti əfv sərəncamı Azərbaycan Prezidentinin insanpərvər siyasətinin növbəti təzahürüdür. Bu gün bütün dünyada, o cümlədən ölkəmizdə koronavirus bəlasına qarşı ciddi mübarizə aparılır. Dövlət başçısı tərəfindən növbəti əfv sərəncamının imzalanması da cəmiyyətdə boyük rəğbətlə qarşılanır”.

Xatırladaq ki, aprelin 6-da Prezident İlham Əliyev “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam imzalayıb. Dünyada koronavirus (COVİD-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı olan məhkumların və onların ailə üzvlərinin ölkə Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxılaraq, məhkumların sağlamlıq vəziyyəti, cəza çəkdikləri müddətdə davranışları nəzərə alınaraq və humanizm prinsiplərinə əsaslanaraq, 176 məhkum cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Ramil Həsənin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0