Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 9 aprel — Sputnik. Bakı şəhəri və respublikanın rayonlarında istilik mövsümü 15 noyabrdan 15 aprelədək olur. Dağlıq və dağətəyi rayonlarda isə bu tarix 1 noyabr -1 may tarixi olaraq müəyyənləşdirilib. Amma ətraf mühitin temperaturundan asılı olaraq "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyəti aidiyyəti qurumlarla bu istiqamətdə müəyyən araşdırmalar aparacaq".
Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Rafiq Əliyev deyib. O bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatları əsas götürülərək bu istiqamətdə aidiyyəti qurumlarla araşdırma aparılacaq: "Ehtiyac yarandığı halda, istilik mövsümü aprelin 15-dən sonra da uzadıla bilər. Ehtiyac yaranarsa, bu mövsüm 15 noyabr deyil, bir qədər də tez başladıla bilər".