İranda koronavirus qurbanlarının sayı 4,1 mini keçdi

© AP Photo / Ebrahim NorooziСитуация в связи с эпидемиологической обстановкой в Иране
Ситуация в связи с эпидемиологической обстановкой в Иране  - Sputnik Azərbaycan
Abunə olmaq
Bir gün ərzində 117 nəfər virusdan ölüb, bununla da ölkədə koronavirusdan ölənlərin sayı 4110-a çatıb

BAKI, 9 aprel — Sputnik. İranda koronavirusa yoluxanların sayı bir gün ərzində 1684 nəfər artıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu İranın Səhiyyə nazirinin müşaviri Əli Rza Vahabzadə bildirib.

"Son 24 saat ərzində koronavirusa 1997 yoluxma halı qeydə alınıb ki, bununla da ölkədə virusa yoluxanların sayı 66 220-ə çatıb. Bir gün ərzində 117 nəfər virusdan ölüb, bununla da ölkədə koronavirusdan ölənlərin sayı 4110-a çatıb", - deyə məlumatda bildirilib.

O, həmçinin qeyd edib ki, virusa yoluxan 66 220 şəxsdən 32 309-u sağalıb.

Xatırladaq ki, SARS-CoV-2 koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1,5 milyonu keçib, 86 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0